Modern.az

Daxili işlər naziri daha 7 yol polisini cəzalandırdı

Daxili işlər naziri daha 7 yol polisini cəzalandırdı

2 Mart 2011, 19:38

Daxili işlər naziri Ramil Usubovun 2 mart 2011-ci il tarixli əmrləri ilə yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Yol Patrul Xidmətinin 6 əməkdaşı xidmətdən xaric olunub. 

Bundan başqa, xidməti vəzifəsinin icrasına məsuliyyətsiz yanaşaraq həmkarlarının qanunsuz hərəkətlərinə göz yummuş 1 əməkdaş isə  tutduğu vəzifədən azad edilib.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir