Modern.az

“Sarkisyan Azərbaycan ordusunu sakitləşdirməyə çalışır”

“Sarkisyan Azərbaycan ordusunu sakitləşdirməyə çalışır”

Hadisə

17 Noyabr 2016, 13:52

Dünən Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan və Azərbaycan prezidentləri arasında "qaynar xətt"in olmasını və atəşkəs pozularkən bir-birini xəbərdar etməklə insidentin qarşısını birgə almağı təklif edib.

 

Məsələ ilə bağlı Modern.az saytına ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov açıqlama verib.

General-leytenant bildirib ki, Ermənistan rəhbərliyinə bu dəqiqə Azərbaycan ordusunun fəaliyyətsiz olmağı lazımdır.

 “Çünki onlar bilirlər ki, Azərbaycanın çox güclü ordusu var. Digər tərəfdən də Ermənistanda daxili gərginlik həddindən artıq çoxdur. Onlar çox kəskin olaraq Azərbaycandan ehtiyat edirlər. Qorxuya düşüblər. Ona görə də Ermənistan rəhbərliyinə sakitlik yaratmaq lazımdır”.

 

Yaşar Aydəmirov  həmçinin qeyd edib ki, Serj Sarkisyan çalışır ki, nə yolla olursa olsun Azərbaycan ordusunu sakitləşdirməyə çalışır.

“Məhz buna görə də bu kimi təklifləri ortaya atırlar. Ermənistanı təşvişə salan məsələlərdən biri də Azərbaycan ordusunun keçirdiyi irimiqyaslı təlimlərdir. Onlar bu təlimlər zamanı bir daha başa düşdülər ki, bizim çox güclü ordumuz var”.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar