Modern.az

Büdcə müzakirələri 30 noyabrdan başlayacaq

Büdcə müzakirələri 30 noyabrdan başlayacaq

Hadisə

17 Noyabr 2016, 14:55

Milli Məclisin komitələri noyabrın 30-dan etibarən 2017-ci il dövlət büdcəsinin müzakirələrinə başlayacaq.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında komitə sədri Ziyad Səmədzadə deyib.

 

O bildirib ki, noyabrın 30-da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bir neçə komitə ilə birlikdə büdcə zərfinə daxil olan qanunların müzakirəsinə başlayacaq. Büdcə zərfi dekabrın 6,7 və 8-də parlamentin plenar iclasında müzakirə olunacaq.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar