Modern.az

Nazirliyin "qaynar xətt”inə 44 müraciət daxil olub

Nazirliyin "qaynar xətt”inə 44 müraciət daxil olub

3 Mart 2011, 11:11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən “qaynar xətt”i (439-18-63, 438-13-35) vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər hallar barədə müraciətlər qəbul edilir.
Nazirlidən verilən məlumata görə, 2011-ci ilin yanvar ayı ərzində “qaynar xətt”ə 44 müraciət daxil olub və mərkəzi icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb.
Belə ki, yaşıllıqların mühafizəsi ilə əlaqədar 36, havadan gələn kəskin qoxu ilə bağlı 2, məişət tullantılarının qalaqlanması ilə bağlı 3, yerin təkindən istifadə ilə əlaqədar 2, səs-küylə əlaqədar isə 1 müraciət daxil olub.
Yaşıllıqların mühafizəsi ilə əlaqədar daxil olmuş müraciətlərdən 29-u nazirliyin əməkdaşları tərəfindən araşdırılıb və qanunamüvafiq tədbirlər görülüb, 7 müraciət isə öz təsdiqini tapmayıb.
Havadan gələn kəskin qoxu, məişət tullantılarının qalaqlanması, yerin təkindən istifadə, səs-küy ilə əlaqədar daxil olub, 8 müraciət nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmayıb və həmin ərazilər nəzarətə götürülüb.

"Əfsuslar olsun ki, daxil olan şikayətlərin əksəriyyəti araşdırılarkən şikayətçilər iştirakdan imtina etmiş və aparılan araşdırma zamanı onların şəxsi-qərəzlik zəminində şikayət etdikləri məlum olmuşdur.
Xatırladaq ki, 2002-ci ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyində ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməsini təmin etmək məqsədilə “qaynar xətt”– rabitə əlaqəsi fəaliyyət göstərir"-deyə nazirlikdən bildirilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir