Modern.az

Eks-deputat 270 min dollar uduzub? - “...məni qətiyyən narahat etmir”

Eks-deputat 270 min dollar uduzub? - “...məni qətiyyən narahat etmir”

Hadisə

18 Noyabr 2016, 10:17

Milli Məclisin Kürdəmirdən olan keçmiş deputatı,  lisenziyası geri alınmış “Debüt bank”ın sabiq rəhbəri Fərhad Qəribov Tibilisidəki kazinoların birində 270 min dollar uduzması barədə Azərbaycan mətbuatında yayılmış xəbərə münasibət bildirib.

O, Modern.az-a açıqlamasında deyib ki, yazılanlar yalandan başqa bir şey deyil:


“Mən bilmirəm bunu kim yazır, niyə yazır, məndən nə istəyir. Amma heç maraqlı da deyil. Mən hazırda evimdəyəm, Bakıda”.

F.Qəribov ümumiyyətlə kazinolara getməyi xoşlamadığını vurğulayıb:

“Mən kazinoya getməyi xoşlamıram. Mənim təqaüdümü yığsanız, heç o qədər eləməz. Hardandır məndə 270 min dolar ki, onu uduzam?”.

 

Eks-deputat “axı haqqin.az-da 270 min dollar uduzduğunuz iddia olunan xəbərlə yanaşı, kazinoda çəkilmiş videoda görüntüləriniz də var, buna nə deyirsiniz” sualına deputat “olsun, bunlar məni qətiyyən narahat etmir və maraqlandırmır. Mənim heç 5 manat pulum yoxdur, qaldı ki, 270 min dollarm ola və onu kazinoda uduzam”, - deyə cavab verib.




Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır