Modern.az

Tovuzda ana və 4 yaşlı övladı dəm qazından zəhərlənib  

Tovuzda ana və 4 yaşlı övladı dəm qazından zəhərlənib   

20 Noyabr 2016, 18:48

Tovuzda dəm qazından zəhərlənmə olub.

 

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə rayonun Düz Qırıqlı kənd sakini 1982-ci il təvəllüdlü Günel Bağırova və onun 4 yaşlı övladı Elmar dəm qazı zəhərlənmə əlamətləri ilə Tovuz rayon mərkəzi xəstəxanaya yerləşdirilib.

 

Onlara dərhal tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə, G. Bağırova yaşadığı evdə hamamda övladını cimizdirən zaman hər ikisi dəm qazından zəhərlənib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər