Modern.az

Nikahlar azalıb, boşanmalar artıb

Nikahlar azalıb, boşanmalar artıb

23 Noyabr 2016, 12:15

2016-cı il oktyabrın 1-i vəziyyətinə görə, qeydiyyat şöbələri tərəfindən 50,4 min nikah və 9,6 min boşanma halları qeydə alınıb.

Bu haqda Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 7, boşanmaların sayı isə 1,3 olub.

Nikaha daxil olan kişilər əsasən 24-28 yaş, qadınlar isə 18-22 yaş aralığındadır. Ən çox nikah avqust, ən az nikah isə fevral ayında bağlanıb. Ən çox boşanma avqust ayında, ən az boşanma isə aprel ayında qeydə alınıb.

Qeyd edək ki, 2015-ci il ərzində ölkədə 68773 nikah, 12764 boşanma qeydə alınmışdı.

Ekspertlər deyirlər ki, son zamanlar ölkədə nikahlar azalıb, boşanmalar artıb.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?