Modern.az

Prezidentin müşaviri olan dünya çempionu öldürüldü

Prezidentin müşaviri olan dünya çempionu öldürüldü

Aktual

23 Noyabr 2016, 13:29

Almaniyada kikboksinq üzrə çoxqat dünya çempionu Musa Musalaev qətlə yetirilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tatarıstan vətəndaşı olan idmançını Almaniyanın Noy-Ulme şəhərindəki evində güllələyiblər.

Şahidlərin sözlərinə görə, onu naməlum maskalı kişi öldürüb. O, hadisədən sonra sürücüsü olan maşınla uzaqlaşıb.

37 yaşı Musa Musalaev kikboksinq üzrə Prince Team komandasının kapitanı olub. Bundan əlavə, o, Tatarıstan prezidentinin idman və bədən tərbiyəsi məsələləri üzrə müşaviri vəzifəsini tutub. 2013-cü ildən Almaniyaya köçüb.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!