Modern.az

“Ulduz” şokoladı “Made in Azerbaijan” brendi ilə beynəlxalq sərgiyə çıxarılıb - FOTOLAR

“Ulduz” şokoladı “Made in Azerbaijan” brendi ilə beynəlxalq sərgiyə çıxarılıb - FOTOLAR

23 Noyabr 2016, 13:37

Ulduz Şokolad Fabriki Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunmuş “FOODEX SAUDİ 2016” Beynəlxalq Qida sərgisində iştirak edir.

 

Modern.az xəbər verir ki, noyabrın 24-nə qədər davam edəcək “FOODEX SAUDİ 2016” Beynəlxalq Qida sərgisinə ümumilikdə dünyanın 32 ölkəsindən 200-dən çox fabrikin 450 brendi təqdim olunub.

 

Səudiyyə Ərəbistanının şahzadəsi Fahat Bin Muqrin Bin Abdul Əziz tərəfindən təşkil olunan beynəlxalq sərgidə Kanada, İspaniya, İtaliya, Yunanıstan, Türkiyə, Portuqaliya, Peru, Ukrayna, Yaponiya, Çin, Misir, Fələstin, Pakistan, Tailand, Mərakeş, Şri-Lanka və digər ölkələrin tanınmış brendləri iştirak edirlər.

 

Beynəlxalq sərgidə ölkəmizi “Made in Azerbaijan” adı altında yalnız Ulduz Şokolad Fabriki təmsil edir. Fabrik özünün beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ilə sərgi iştirakçılarının böyük marağına səbəb olub.

 

Qeyd edək ki, 5 oktyabr 2016-ci il tarixində Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə Azərbaycan prezidenti İlham Əliyev “Made in Azerbaijan” brendi ilə bağlı fərman imzalayıb.

 

Modern.az  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir