Modern.az

Ərdoğan Avropa parlamentinin qərarını “önəmsiz” adlandırdı

Ərdoğan Avropa parlamentinin qərarını “önəmsiz” adlandırdı

23 Noyabr 2016, 13:49

Avropa Parlamentinin Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqların dondurulması haqqında mümkün qərarı Ankara üçün heç bir əhəmiyyət kəsb etmir.

Modern.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət əməkdaşlığı üzrə Daimi komitəsinin sessiyasında çıxış edən dövlət başçısı bildirib:

"Sabah Avropa Parlamentində Türkiyə ilə Aİ-yə daxil olmaq üzrə danışıqların dondurulması üçün səsvermə olacaq. Mən əvvəlcədən bəyan edirəm: bizim üçün bu səsvermənin heç bir dəyəri yoxdur. Ölkəmizin müstəqilliyi və gələcəyi uğrunda mübarizə orada əllərin qalxıb-düşməsinə görə dayandırıla bilməz".

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?