Modern.az

Azərbaycan Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər

Azərbaycan Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər

23 Noyabr 2016, 14:33

Azərbaycanın qarşıdan gələn 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürməsi gözlənilir.

 

Modern.az-ın xəbərinə görə, bu öz əksini “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın layihəsində tapıb.

Layihənin “4.5.9. İdman siyasətinin əsas istiqamətləri” adlanan hissəsində bildirilir ki, - Azərbaycanda 2024-cü il Yay Olimpiya Oyunlarına iddiaçı və sahib olmaq niyyətindədir.

Artıq “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” Milli Məclisə təqdim olunub.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi