Modern.az

Azərbaycanda nəsli kəsilməkdə olan canlılar təbiətə buraxılacaq

 Azərbaycanda nəsli kəsilməkdə olan canlılar təbiətə buraxılacaq

23 Noyabr 2016, 14:39

AMEA Zoologiya İnstitutu Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycandakı nadir və nəsli kəsilməkdə olan canlıların süni şəkildə çoxaldılaraq təbiətə buraxılması və onların burada yayılması istiqamətində əməkdaşlıq etməyi nəzərdə tutub.

Bunu Zoologiya İnstitutunun direktoru Elman Yusifov jurnalistlərə bildirib.

 

Onun sözlərinə görə, adı “Qırmızı kitab”a düşən, lakin izi olmayan və heç yerdə tapılmayan heyvanların aşkar edilməsi üçün kosmik tədqiqatlara başlamaq nəzərdə tutulur.

E.Yusifov bildirib ki, artıq kosmik tədqiqatlar vasitəsilə həmin canlıların yaşayaış yerlərini müəyyənləşdirmək mümkün olar: "Bəzi heyvanlar artıq 50 ilə yaxındır ki, tapılmır. Məsələn, biz manul pişiyi, kaftarı uzun müddətdir ki, tapa bilmirik".

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir