Modern.az

Türkdilli ölkələrin deputatları sabah Bakıya toplanır

Türkdilli ölkələrin deputatları sabah Bakıya toplanır

23 Noyabr 2016, 16:00

Sabah Azərbaycan Milli Məclisində Türkdilli ölkələrin Parlamentlər Assambleyasının (TÜRK PA) konfransı keçiriləcək.

 

Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

 

Parlament rəsmisi TÜRK PA-nın Bakıdakı konfransında müzakirə olunacaq əsas məsələləri də açıqlayıb:

 

“TÜRK PA-nın sabahkı Bakı konfransında ətraf mühit və təbii ehtiyatlar komissiyasının 2-ci iclası keçiriləcək.

 

İclası komissiyanın sədri deputat Əhliman Əmiraslanov aparacaq. Komissiyada qlobal iqlim dəyişikliyi, üzv ölkələr üçün hesabat məruzəsi layihələri dinlənəcək. Əsasən qlobal istiləşmə və iqlim dəyişikləri müzakirə olunacaq.

 

Türkdilli ölkələrdə şəhərsalma ilə mübarizə üzrə ekspert toplantısının hesabat layihəsi də müzakirə olunacaq əsas məsələlərə daxildir. Sonda isə “TÜRK PA-ya üzv ölkələr son 25 ildə” mövzusunda konfrans keçiriləcək”.

 

A.Təvəkküloğlu söyləyib ki, konfransda bir sıra türk dövlətlərindən olan deputatlar iştirak edəcəklər:

 

“Konfransda Türkdilli ölkələrin deputatları çıxış edəcəklər. Qazaxıstandan, Qırğızıstan, Türkiyə, Azərbaycan, Türkmənistandan olan millət vəkillərinin çıxışları gözlənilir.  Türkdilli ölkələrin beynəlxalq təşkilatlarda əməkdaşlığı mövzusu da ciddi müzakirə olunacaq.

 

TÜRK PA-nın əməkdaşlıq etdiyi Türk dünyası memarlar və mühəndislər birliyinin baş katibi də toplantıya qatılacaq. Beynəlxalq Miqrasiya Təşkilatının Bakı Ofisinin rəhbəri də tədbirə qatılacaq”.

 

 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?