Modern.az

Şahbaz Quliyev 110 kilodan 50 kiloyadək arıqlayıb

Şahbaz Quliyev 110 kilodan 50 kiloyadək arıqlayıb

Aktual

23 Noyabr 2016, 16:16

“Girovların vəziyyəti çox acınacaqlıdır”.

 

Modern.az xəbər verir ki,  bu sözləri bu gün keçirilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin iclasında İlham Quliyev deyib.

 

Onun sözlərinə görə, qardaşı Şahbaz 3 il ərzində 110 kq-dan 50 kq-a qədər arıqlayıb.

"Belə görürəm ki, 1 ildən sonra onlarda adamlıq qalmayacaq. Məni Qırmızı  Xaç Komitəsinə dəvət etdilər. Şəkillərinə baxdım. Demək olar ki, o insan yox dərəcəsindədir".

 

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb.

 

Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub.

 

“Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

 

Mirmahmud KAZIMOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır