Modern.az

“Muğanbank” 12 məktəblini mükafatlandırıb

“Muğanbank” 12 məktəblini mükafatlandırıb

23 Noyabr 2016, 17:17

21 noyabr 2016-cı il tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü münasibətilə YAP Binəqədi Rayon Təşkilatı tədbir keçirib. Tədbir çərçivəsində Binəqədi rayon orta ümümtəhsil məktəblərinin şagirdləri arasında keçirilən , “Ulu öndərə məktub” - inşa yazı müsabiqəsində, “Ulu Öndərdən bizə qalan nişanələr”- yarışmasında və “Ulu Öndər estafeti” idman yarışında 12 məktəbli qalib gəlib. “Muğanbank” ASC yarışın qaliblərinə dəyərli Muğanbank Çekləri təqdim edib və onları diplomlarla mükafatlandırıb.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan  “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlayıbr. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına,həmçinin //www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl  facebook səhifəsinə keçid ala bilərsiniz.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi