Modern.az

“Qadın Partiyası”nın yaradıldığı elan edilib

“Qadın Partiyası”nın yaradıldığı elan edilib

4 Mart 2011, 14:53

Türkiyədə ilk dəfə olaraq “Qadın Partiyası” adlı siyasi partiya təsis edilib. Bu barədə SNN-Türk məlumat yayıb. Partiya artıq iyun ayında keçirləcək parlament seçkilərində iştirak etməyi planlaşdırır.
“Bir siyasi partiya kimi biz bütün prioblemlərə maraqlanırıq. Məqsədimiz ölkə rəhbərliyinin diqqətini qadınalara cəlb etməkdir”-deyə təşkilat komitəsinin rəhbəri Benal Yazqan deyib. Təşkilatı qurmaq üçün işlər bir il davam edib.

Partiya seçkilərə 2 namizədlə qatılmaq istəyir. “Biz feminist partiyası deyilik. Biz bərabərlik partiyasıyıq”-deyən Yazqan bildirib ki, “Qadın Partiyası”nın əsas məqsədi ölkənin bütün sahələrində o cümlədən siyasətdə bərabərliyi təmin etməkdir. .

Qeyd edək ki, Türkiyədə 75 milyon əhalinin 36,6 milyonu qadındır. “Radikal” qəzetinin məlumatına görə, 19,5 milyon qadın işləmir, 3.7 milyon qadın isə oxuyub-yazmaq bilmir. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?