Modern.az

Elmar Vəliyev müşavirədə gəncəlilərə şad xəbər verdi (FOTOLAR)

Elmar Vəliyev müşavirədə gəncəlilərə şad xəbər verdi (FOTOLAR)

Təhsil

4 Mart 2011, 15:12


Gəncə şəhər İcra hakimiyyəti başçısı Elmar Vəliyev Qarabağ əlilləri və şəhid ailələri ilə növbəti görüşünü keçirib. Yenə də açıq mikrafon vasitəsilə keçən görüşdə həssas təbəqənin problemləri dinlənilməklə yanaşı bu sahədə görülən və görüləcək işlərdən danışılıb.

Tədbirə Gəncə şəhər İcra Hakimiyyətinin bütün strukturları, hüquq mühafizə orqanlarının rəhbərləri və Gəncə şəhərində qeydiyyatda olan Qarabağ əlilləri və şəhid ailələri qatılıblar. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ilk görüşdən ötən müddətərzində atılan addımlardan danışıb. Qeyd olunub ki, Gəncə şəhidlərinin uyuduğu qəbristanlıqda əsaslı yenidən qurma işləri aparılacaq. Belə ki, şəhid qəbirlərinin üstü qara mərmərlə götürülərək ərazidə xatirə kompleksi tikiləcək. Qarabağ əlilləri və şəhid ailələrinin mənzil problemlərinə toxunan icra başçısı bu ilin sonunadək 160 ailə üçün nəzərdə tutulan 2 ədəd 9 mərtəbəli binanın tikilərək istifadəyə veriləcəyini də bildirib. Elmar Vəliyev müvafiq strukturlarla danışıqların nəticə verərəcəyi təqdirdə bu il tikiləcək binaların sayının 2 yox 3 olacağının da söyləyib.
Icra başçısı 2012-ci ilə kimi Gəncə şəhərində rəsmi ev qeydiyyatına duran imtiyazlı təbəqənin hamısının mənzillə təmin olunacağı da vurğulayıb. Qarabağ əlilləri və şəhid ailələrinin maddi vəziyyətinin yaxşılaşdırılması yönümündə fondun yaradılmasına da toxunan Elmar Vəliyev artıq bu sahədə ilkin işlərin görüldüyünü söyləyib.
Tədbirin gedişatında şəffaflıq prinsipləri qorunaraq imtiyazlı təbəqənin içindən fondun Nizami və Kəpəz rayonları üzrə rəhbərləri seçilib.
Qeyd edək ki, Gəncədə 525 şəhid ailəsi var ki, onlardan 468-i Gəncə sakini, 57-si isə şəhərdə müvəqqəti məskunlaşan məcburi köçkündür. Bundan əlavə 260 Qarabağ veteranı, 350 nəfər isə Qarabağ əlili var. Bildirək ki, bu günə kimi ümumulikdə imtiyazlı təbəqənin 159-u mərhələli şəkildə mənzillərlə təmin olunub. Qarabağ əlilləri və şəhid ailələrinin şikayyət və təkliflərini dinləyən Elmar Vəliyev müvafiq strukturların rəhbərlərinə göstərişlərini verib. 





Xaliq Qurbanov
Gəncə

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat