Modern.az

İlyas İsmayılov: “Jurnalist mükafatlarının Ombudsmana nə dəxli var?”

İlyas İsmayılov: “Jurnalist mükafatlarının Ombudsmana nə dəxli var?”

Təhsil

4 Mart 2011, 17:42

Millət vəkili İlyas İsmayılov parlamentin axşam iclasında müzakirə olunan Ombudsman hesabatının söz azadlığına dair bölməsində yazılanlara etirazını bildirib. Deputat hesabatın bu hissəsində KİV-ə Dövlət Dəstəyi Fondu tərəfindən həyata keçirilən layihələr, jurnalistlərin mükafatlandırılması haqqında məlumatlara toxunaraq bu məsələnin İnsan Hüququları üzrə Müvəkkəilin səlahiyyətinə aid olmadığını deyib.
“Bu məsələlərin Ombudsmanın hesabatına nə aidiyyatı var?”-deyə İ.İsmayılov etirazını ifadə edib. Bundan başqa İ. İsmayılov vurğulayıb ki, Ombudsman institutu kollektiv hüquq müdafiəçisi yox, fərdlərin müdafiəçisidir.

E. Süleymanova öz növbəsində bildirb ki, deputatın fikri ilə razı deyil. “Mən mövqeyimi İlyas İsmayılova çadıracağam. Ona zəng edib tənqidləri birlikdə müzakirə eəcəyik”-deyə Ombudsman vurğulayıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat