Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yeni vahid resept blank forması təsdiqlənib. Səhiyyə Nazirliyinin vəsaiti hesabına çap olunacaq həmin blankların qısa müddət ərzində ölkənin bütün ambulator müalicə-profilaktik müəssisələrinə paylanılması nəzərdə tutulub.
"Qeyd edək yeni vahid resept blanklarının təsdiqlənməsi əsasən həkim - aptek - əczaçı şirkətləri münasibətlərində yarana biləcək hər hansı bir neqativ halların aradan qaldırılmasına yönəlib"-dey Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Modern.az