Modern.az

İrandakı qatar qəzasında ölənlərin sayı 44 nəfərə çatıb

İrandakı qatar qəzasında ölənlərin sayı 44 nəfərə çatıb

25 Noyabr 2016, 20:57

İranın Semnan əyalətində iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində daha 100 nəfər yaralanıb. Xəsarət alanların əksəriyyəti  xəstəxanada müalicə alır.

Qeyd edək ki, hadisə bu gün yerli vaxtla 7:40 radələrində Şahrud şəhərində baş verib. İnsident nəticəsində 4 vaqon relsdən çıxaraq aşıb, iki vaqon isə yanıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır