Modern.az

Kurortda Qarabağ danışıqları aparılır

Kurortda Qarabağ danışıqları aparılır

Təhsil

5 Mart 2011, 14:35

Martın 5-də Azərbaycan və Ermənistanın dövlət başçıları Soçidə Rusiya prezidentinin vasitəçiliyi ilə görüşürlər. Bu, İlham Əliyevlə Serj Sərkisyanın 2011-ci ildə ilk görüşüdür. İlham Əliyevlə Serj Sərkisyan 2008-ci ildən indiyədək 11 dəfə görüşüblər. Ancaq indiyədək Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı ciddi irəliləyiş qeydə alınmayıb.

 

Soçidə, dağ-xizək kurortu olan Krasnaya Polyanada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşündən nə hasil olacaq?
Modern.az "Rosbalt" İA-ya istinadən bildirir ki, söhbətə başlamazdan əvvəl prezidentlər dairəvi stolda yerlərini tutblar və foto-video çəkilişləri aparmaq üçün jurnalistlərə bir neçə dəqiqə ayırıblar. Rəsmi danışıqlardan sonra söhbət bir qədər qeyri-rəsmi formada davam etdiriləcək. Prezidentlər xizək yollarının birinə qalxacaqlar. Aktual məsələlər işgüzar nahar zamanı aparılacaq. Danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlıdır. 

 

 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat