Azərbaycan və Ermənistan hərbi əsirlərin qaytarılması barədə razılığa gəlib
Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Soçi görüşünün nəticələri ilə bağlı birgə bəyanat qəbul ediblər. Modern.az-ın məlumatına görə, sənəddə bildirilir ki, prezidentlər 2010-cu ildə Həştərxanda keçirlən görüş zamanı qəbul edilən bəyanatın praktik reallaşdırılması ilə bağlı məsələləri müzakirə ediblər. Bundan başqa prezidentlər qısa müddət ərzində hərbi əsirlərin dəyişdirlməsi barədə razılıq əldə ediblər.
Sənəddə həmçinin “bütün mübahisəli məsələləri sülh yolu ilə həll etmək səyi” vurğulanıb və ATƏT-in Minsk qrupu həmsədrlərinin, hər iki tərəfin iştirakı ilə cəbhə xəttində atəşk’s rejiminin pozulması faktlarının təhqiq edilməsi barədə razılıq əldə edilib.
“Prezidentlər belə mütəmadi əlaqələrin vacibliyini vurğulayıblar və bu formatı davam etdirmək barədə razılıaşıblar”-deyə bəyanatda bildirlir.
Modern.az