Modern.az

Bakıda dəhşətli FACİƏ: Ata-ana və 2 oğlu yanaraq öldülər

Bakıda dəhşətli FACİƏ: Ata-ana və 2 oğlu yanaraq öldülər

29 Noyabr 2016, 09:14

Ötən gecə Bakı şəhəri, Nizami rayonundanda dəhşətli faciə baş verib. Belə ki, tikintisi yarımçıq qalmış ( Sovetlər dövründən) yaşayış binasının ümumi sahəsi 210 m2 olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanması 4 nəfərin ölümünə səbəb olub.


Modern.az saytı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1983-ci il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.


Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi