Modern.az

Qoruqlarda qanunsuz ov edənlər saxlanılıb

Qoruqlarda qanunsuz ov edənlər saxlanılıb

Təhsil

7 Mart 2011, 12:28
28 fevral-2 mart 2011-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Zaqatala Dövlət Təbiət Qoruğunda keçirilən reyd zamanı qoruğun Katex sahəsinin 1 saylı dolayının ərazisində qanunsuz ovla məşğul olan Balakən rayon Tülü kənd sakinləri Yaşar Padarov, Ramiz Akkubayev, İsrafil Hekəlov və Balakən rayon Talalar kənd sakini Loğman İbrahimov saxlanılıb. Saxlanılan şəxslərdən  4 ədəd ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürüüb. Onlar barəsində müvafiq akt və protokol tərtib edilərək hər biri 1000 manat məbləğində cərimə olunub. Məbləğin ödənilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət edilib.

Samux Dövlət Ovçuluq Təsərrüfatı ərazisində də qanunsuz ovla məşğul olan Şəmkir şəhər sakini Vaqif Məmmədov saxlanılaraq ondan 1 ədəd ov tüfəngi və 1 ədəd ovlanmış kəklik götürülüb. Həmin şəxs barəsində müvafiq akt və protokol tərtib edilərək tətbiq olunub və 1000 manat məbləğində cərimənin ödənilməsi təmin edilib.

Balakən rayonu ərazisində keçirilən reyd zamanı Qazma kəndi yaxınlığındakı “Tuğay çölü” adlanan sahədə qanunsuz ovla məşğul olan Balakən rayon Qazma kənd sakinləri Qurban Surxayov, Məhəmməd Əliyev, Sahib Məmmədov və Balakən rayon Tülə kənd sakini Fərman Nəbiyev saxlanılıb. Onlardan 4 ədəd ov tüfəngi, 14 ədəd patron götürülərək akt və protokol tərtib edilib və həmin şəxslərin hər biri 1000 manat məbləğində cərimə edilib.

Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində aparılan araşdırma zamanı isə çöl quşlarının kütləvi ovlanması məqsədilə quraşdırılmış süni qurğular və torlar aşkar olunub. Qurğular dağıdılaraq məhv edilib, 2 ədəd tor isə götürülərək aktlaşdırılıb.

Modern.az      

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat