Modern.az

Baş redaktor yenidən Ramil Usubova müraciət etdi

Baş redaktor yenidən Ramil Usubova müraciət etdi

7 Mart 2011, 12:49

Ötən ilin sonunda  “Yeni Qəzet”in baş redaktoru Kamran Məhərrəmli ona gizli nömrədən olan söyüş, təhqir, hədə-qorxu zəngləri ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət etmişdi.

Müraciətlə bağlı baş redaktor saytımıza açıqlamasında deyib ki, əvvəlcə ona Daxili İşlər Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyi zəng edərək narahatçılığa əsas olmadığını və məsələnin tezliklə həll olunacağını bildirib. Sonra onu Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil  Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) rəisi, polis general-mayoru Mirqafar Seyidov qəbul edib. “Sözün düzü, BMCMİ-nin əməkdaşlarının və hörmətli generalın operativ müdaxiləsi və mətbuata qarşı sayqılı münasibəti mənə ümid verdi ki, məsələ tezliklə həllini tapacaq və günahkarlar layiqli cəzasını alacaq. Ancaq araşdırma nəticəsində mənə gizli nömrədən olan zəngləri  “Gündəlik Bakı” qəzetinin xüsusi müxbiri Günel Pəhləvan qızı Qurbanovanın təşkil etdiyi məlum olsa da (o, öz izahatında bunu etiraf edib) bu günədək onunla bağlı heç bir tədbir görülməyib və mənə rəsmi cavab verilməyib. Bundan sonra da mənə hədə-qorxu zəngləri daha pis formada davam edir və mən bu barədə BMCMİ-ni xəbərdar eləmişəm”.

Kamran Məhərrəmli onu da qeyd edib ki, Günel Qurbanovanın üzərində məhkumluq var bunu DİN rəhbərliyi nəzərə almalıdır.

Baş redaktor daxili işlər naziri Ramil Usubovdan mütəşəkkil dəstənin üzvləri barəsində cinayət işi qaldırılmasını tələb edir.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi