Modern.az

ABŞ Liviya müxalifəti ilə danışıqlar apardığını etiraf etdi

ABŞ Liviya müxalifəti ilə danışıqlar apardığını etiraf etdi

Dünya

9 Mart 2011, 11:55

Amerika höküməti Liviyanın keçid höküməti ilə danışıqlar apardığını etiraf edib.  Modern.az “Mayak” radiosuna istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibinin köməkçisi Filip Krouili bildirib. Onun sözlərinə görə, son bir neçə gündə ABŞ-ın Tripolidəki səfiri Cin Krets Romada və Qahirədə Liviya müxalifətinin nümayəndələri ilə görüşlər keçirib. Bu Liviyada siyasi böhran başlandıqdan sonra Vaşinqtonun Liviyadakı hadisələrdə iştirakını təsdiq edən ilk siyasi etirafdır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır