Modern.az

Düşmən atəşkəsi 47 dəfə pozub 

Düşmən atəşkəsi 47 dəfə pozub 

4 Dekabr 2016, 10:43

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 47 dəfə pozub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Ağbulaq və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.


İşğal altında olan Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir