Modern.az

Özbəkistanda prezident seçkiləri başa çatıb - YENİLƏNİB  

Özbəkistanda prezident seçkiləri başa çatıb - YENİLƏNİB   

4 Dekabr 2016, 21:36

Dekabrın 4-də Özbəkistanda keçirilən növbəti prezident seçkisi baş tutmuş sayılır.
Modern.az xarici KIV-istinadən xəbər verir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyası bəyan edib. Yerli qanunvericiliyə görə, seçicilərin 33 faizi səsvermədə iştirak edərsə, seçki baş tutmuş sayılır.
Komissiya sədri Mirza Uluqbek Abdulsalomovun sözlərinə görə, seçicilərin 33 faizi artıq səs verib.

Ölkədə 9381 seçki məntəqəsində 21 milyon 435 min seçicinin səs verməsi gözlənilirdi. Səsvermə artıq başa çatıb, hazırda səslər sayılır.

Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov Respublika Mətbuat Mərkəzində keçirdiyi brifinqdə səsvermənin yekunları barədə məlumat verib.

Komissiya sədri deyib ki, ölkədə 14 dairə və 9,381 seçki məntəqəsi fəaliyyət göstərib. Bu gün məntəqələrə 17,69 milyon seçici gəlib. Bu da seçicilərin 86,62 faizi deməkdir.

Özbəkistan qanunlarına görə seçicilərin 33 faizi səs verdikdə seçkilər baş tutmuş hesab edilir. Qalib gəlmək üçün prezidentliyə namizəd seçicilərin 50 faizindən çoxunun səsini qazanmalıdır.

Seçkilərin ilkin nəticələri dekabrın 5-də elan ediləcək.

Prezident seçkilərində Özbəkistanda fəaliyyət göstərən dörd siyasi partiyanın nümayəndələri iştirak edirlər. Bunlar Özbəkistan Xalq-Demokratik Partiyasının nümayəndəsi Xatamcon Ketmanov, “Ədalət” Sosial-Demokrat Partiyasının təmsilçisi Nəriman Umarov, “Milli Dirçəliş” Demokratik Partiyasının nümayəndəsi Sarvar Atamuradov və Liberal-Demokrat Partiyasının təmsilçisi, Özbəkistan Prezidentinin səlahiyyətlərini icra edən Şavkat Mirziyayevdir.

 
Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər