Modern.az

Akademikdən Prezidentə açıq məktub

Akademikdən Prezidentə açıq məktub

5 Dekabr 2016, 08:53

 

Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına  Neft-Kimya Prosesləri İnstitutunin direktoru, akademik Vaqif Abbasov Prezident İlham Əliyevə açıq məktub yazıb.

Akademikl məktubun mətnini Modern.az-a yollayıb. Həmin məktubu olduğu kimi təqdim edirik.

 

 

Çox hörmətli Prezidentimiz İlham Əliyev cənabları!

 

Siz ötən gün Qarabağın dilbər güşələrindən biri olan Tərtərdə oldunuz. Sizinlə bərabər həyat yoldaşınız, xalqınızın sevimli xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın da Tərtərə gəlişi xüsusi rəğbətlə qarşılandı.

 

Sizin Tərtər rayonuna xüsusi diqqət və qayğınız düşmənlə təmasda yerləşən rayonun gündən-günə çiçəklənməsinə və inkişafına səbəb olur. Hər dəfə Tərtərə yenidən gələn insanlar tamam başqa mənzərə, başqa inkişaf görür. Bu gün Tərtər rayonu üçün tarixi bir gündür.

Tərtər şəhərini su ilə təmin edəcək yeni su ambarı fəaliyyətə başladı. Şəhərin ən müasir su-kanalizasiya sistemi işə salındı. Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının açılışını etdiniz.

Siz xanımınızla birlikdə aprel ayında təmas xəttində olan kəndlərdəki ziyan dəymiş evlərin bərpası vəziyyəti ilə tanış oldunuz, burada yaşayan cəsur insanlarla söhbət etdiniz. Sizin hər gəlişiniz insanlarda böyük ruh yüksəkliyi yaradır. İnsanlara Sizin bu diqqətiniz Sizə böyük xalq sevgisi yaradır.

Tərtər çayı üzərində salınan yeni körpü çox böyük strateji əhəmiyyətə malikdir. Siz bu körpünü açmaqla 11 yaşayış məntəqəsinin əhalisinə əlverişli yaşam imkanı yaratdınız.

Rayonda 100 yerlik körpələr evi-uşaq bağçasının işə düşməsi rayonda məktəbəqədər təhsilin səmərəli təşkili üçün böyük töhvədir.

Rayonumuzda “N”-saylı hərbi hissənin açılması rayonun təhlükəsizliyinin təminatı baxımından çox əhəmiyyətlidir.

Çox hörmətli Prezidentimiz İlham Əliyev cənabları!

 

Siz qısa bir zaman kəsiyində güclü və çiçəklənən Azərbaycan yarada bildiniz.

Siz ulu öndər, dahi və müdrik Heydər Əliyevin layiqli varisi olduğunuzu əməllərinizlə sübut edirsiniz. Bu gün dünyanın ən nüfuzlu dövlətləri Azərbaycanın regionda ən nüfuzlu və sürətli inkişaf edən dövlət olduğunu qəbul edir. Siz dövlətimizin qüdrətini artırdınız, ölkəmizi çiçəklənən diyara çevirdiniz. Odur ki, xalqımız Sizi çox sevir və hər zaman Sizinlə qürur duyur.

Bu gün Tərtər ziyalılarının sevinci hüdudsuzdur. Siz gözəl Tərtərimizə qiyməti çətin ölçülə bilən hədiyyələr etdiniz. Mən də Tərtərin ziyalıları adından söz demək haqqım olduğunu düşünərək Sizə müraciət etdim.

Rayonumuzun ölkənin müxtəlif yerlərində yaşayan və çalışan ziyalılarının adından Sizə böyük minnətdarlıq bildirərək deyirəm:

Tərtərin bütün əhalisi Sizi çox sevir. Hər zaman bu əhali Sizin yanınızdadır, Sizin, həm daxili, həm də xarici siyasətinizi ürəkdən dəstəkləyir. Tərtərin bütün ziyalıları Azərbaycan Prezidentinin sadiq əsgərləridir. Bizə bugünkü sevinci yaşatdığınız üçün sağ olun.

Möhtəşəm və güclü Azərbaycan üçün sağ olun.

Allah Sizi qorusun.

Bir neçə gündən sonra Sizin 55 yaşınız tamam olur. Artıq bu gözəl ömrün qızıl səhifələri var, onlar xalqın və dövlətin tarixi yaddaşında xüsusi yer tutur. Qarşıda dövlətimiz və xalqımızın firavan gələcəyi üçün çox böyük ideyalarınız var.

Sizi öncədən Tərtər əhalisi adından böyük sevgi və ehtiramla təbrik edərək Sizə uzun ömür, can sağlığı, ailə səadəti arzulayıram.

 

Hər zaman Sizinlə qürur duyan,

Sizin partiya silahdaşınız,

şəxsiyyətinizə sonsuz sayqılı olan akademik Vaqif Abbasov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir