Modern.az

Milli Məclis sabah gələn ilin pullarını HESABLAYACAQ

Milli Məclis sabah gələn ilin pullarını HESABLAYACAQ

5 Dekabr 2016, 11:45

Sabah Milli Məclisdə Azərbaycanın 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirələri başlayacaq.

Modern.az-ın xəbərinə görə, dekabrın 6-da Milli Məclisin növbəti plenar iclasında müzakirə çıxarılacaq və üç gün davam edəcək iclasda Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə ediləcək.

Büdcə zərfinə “2017-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları daxildir.

Müzakirələr dekabrın 8-də bitəcək.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir