Modern.az

Milli qəhrəmanlara maşın parklanması pulsuz olsun - TƏKLİF

Milli qəhrəmanlara maşın parklanması pulsuz olsun - TƏKLİF

Aktual

5 Dekabr 2016, 12:19

Azərbaycanda əlillərin, Qarabağ müharibəsi veteranları və əlillərinin, milli qəhrəmanların, dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərin maşınlarının pulsuz parklanması təklif edilir.

 

Modern.az-ın xəbərinə görə, bunu deputat Rafael Cəbrayılov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında deyib.

 

O İnzibati Xətalar Məcəlləsinə maşınların parklanması ilə bağlı təklif olunan dəyişiklərə münasibət bildirərkən deyib ki, Rusiyada olduğu kimi əlil və müharibə veteranlarına, milli qəhrəmanlara maşın parklanması pulsuz olsun:

 

“Əlillərə, müharibə veteranlarına, milli qəhrəmanlara, dövlət və vətən qarşısında xüsusi xidmətləri olan şəxslər üçün maşınların parklanması tam ödənişsiz olmalıdır.

 

Biz hətta Qarabağ müharibəsi iştirakçılarına da maşınların parklanmasını pulsuz etməliyik. Vətən uğrunda vuruşaraq əlil olmuş insanların, milli qəhramanların da Rusiya qanunvericiliyində olduğu kimi maşınlarını pulsuz park etməsi üçün tam şərait yaratmalıyıq”.

                                                            

Ağa AKİFOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır