Modern.az

Sərnişindaşımada cərimələr tətbiq edilir

Sərnişindaşımada cərimələr tətbiq edilir

Aktual

5 Dekabr 2016, 12:31

Azərbaycanda qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirərkən, müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsi və düşürülməsinə görə cəza tətbiq edilir. Modern.az-ın xəbərinə görə, məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi müzakirə edilib.
Dəyişiklik layihəsinə əsasən, qeyri-müntəzəm sərnişin daşımalarının müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə yerinə yetirilməsinə və qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirərkən, müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsi və düşürülməsinə görə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir.


Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!