Modern.az

Deputat spikerə:  Gedin və kəndlinin faciəsini görün

Deputat spikerə:  “Gedin və kəndlinin faciəsini görün”

Aktual

5 Dekabr 2016, 13:40

Fermerlər kreditlərini heç nə ilə bağlaya bilmirlər, deputatlar isə sakitcə Yeni il bayramına hazırlaşırlar.

Modern.az Ermənistan mediasına istinadən bildirir ki, bunu parlamentin bugünkü iclasında Erməni Milli Konqresi fraksiyasının rəhbəri Levon Zurabyan gündəliyin müzakirəsi zamanı bəyan edib.

 

Onun sözlərinə görə, yaxınlarda Armavir vilayətinin bir neçə kəndində olub.

Fermerlərlə söhbəti güclü narahatlıq yaradıb. Onun fikrincə, əksəriyyəti borc çuxuruna düşüb və işlər yalnız pis istiqamətə gedir.

“Bu kəndlərə gedin və fermerlərin faciələrini öyrənin – sizi gözləyirlər. Biz bu məsələni müzakirə etməliyik, ona görə ki, o problemləri təklikdə heç kim həll edə bilməz. Bu hökumətin, Mərkəzi Bankın işidir”, - Zurabyan parlamentin spikeri Qalust Saakyana müraciətində vurğulayıb.

 

Saakayan cavabında bəyan edib ki, əhali ilə görüşmək hər bir deputatın vəzifəsidir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir