Modern.az

On minlərlə adam deputatlara qarşı aksiya keçirdi

On minlərlə adam deputatlara qarşı aksiya keçirdi

Aktual

5 Dekabr 2016, 15:07

Braziliya deputatlar haqqında korrupsiya araşdırmasından çalxalanır.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bir çox şəhərdə on minlərlə adam deputatların korrupsiyaya qarşı mübarizə işlərini aparan hakim və prokurorları "susdurma" təşəbbüslərinə etiraz edib.

 

Braziliya bayrağı rənglərinə - yaşıl və sarı libaslara bürünən və başda Sao Paulo və Rio de Janeyro olmaqla ölkənin bir çox şəhərində nümayiş keçirən on minlər, rüşvət və korrupsiya ittihamlarını aparan hakim Sergio Moro və digər məhkəmə nümayəndələrinə dəstək verən plakatlar qaldırıb.

 

Polis mənbələri, Sao Pauloda təxminən 15 min, digər şəhərlərdə 40 minə yaxın insanın mitinqlərə qatıldığını qeyd edərkən Rio de Janeyrodaki nümayişçilərin sayı haqqında məlumat verməyib.

 

Nümayişçilər, "Braziliyanın seçilmiş üzvlərinin qarışdıqları korrupsiyadan duyduqları narahatlığı dilə gətirərkən bəzi qruplar, hökumət və deputatların istefası və hərbi rəhbərliyin geri gəlməsi yönündə şüarlar  səsləndirib.

 

Aksiyalara qatılan 67 yaşındakı Regina Medeiors, ölkəni xarakter sahibi insanların idarə olunmasını istədiyini söyləyərək deyib: "Siyasi partiyalar Braziliyanı bitirmədən, biz onları bitirməliyik. Xalq, insanlara inamını itirir".

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı