Modern.az

İstehlakçıların hüquqları hansı hallarda pozulur...

İstehlakçıların hüquqları hansı hallarda pozulur...

Aktual

5 Dekabr 2016, 13:36

“Müasir cəmiyyət və qadın hüquqları”   İctimai Birliyinin sədri Xanım Əhmədzadə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdikləri  “İstehlakçıların hüquqlarının qorunmasına dəstək”  layihəsi barədə məlumat verərək bildirib ki, Azərbaycanda istehlakçıların  hüquqlarının qorunması sahəsində güclü qanunverici bazanın, normativ hüquqi aktların mövcudluğuna  baxmayaraq, bu sahədə hüququn  pozulması faktları kifayət qədər çoxdur.

“Əsas problemlərdən biri də vətəndaşların bu qanunlar, fərman və sərəncamlar haqqında təsəvvürlərinin, məlumatlarının az olmasıdır. Cəmiyyətdə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı narazılıqların, məhkəmə çəkişmələrinin və dögər problemlərin  mövcudluğunu, bu istiqamətdə hüquqi maarifləndirmə işinə ehtiyac olduğunu nəzərə alaraq həyata keçirilən  layihənin əsas hədəfi istehlakçıların hüquqlarının qorunmasına milli qanunvericilik əsasında hərtərəfli  dəstək göstərilməsidir. Bu mqsədlə  istehlakçı  hüquqlarının effektiv müdafiəsi barədə maarifləndirmə tədbirlərinin keçirilməsi, mövcud  problemlərin həlli ilə əlaqədar olaraq  təcrübəli  hüquqşünas tərəfindən hüquqi məsləhət və yardım göstərilməsi  nəzərdə tutulub”.

           
QHT sədri deyib ki, maarifləndirmədə əsas məqsəd istehlakçı mədəniyyətinin yüksəldilməsindən, istehlakçıların öz hüquq və vəzifələrini daha yaxşı bilməsinə, problemlə qarşılaşdıqları zaman hansı zəruri tədbirləri görməli olduqları barədə yardım göstərməkdən ibarətdir. Bununla bağlı aparılmış sorğuların nəticələri  də,  belə təlimlərə sosial ehtiyac və sifariş olduğunu təsdiq edir. Bəzən alınan məhsulun qəbzini tələb etməyən alıcılar daha sonra hansısa qüsur aşkarlandıqda  və ya malı dəyişmək istədikdə problemlə üzləşirlər.  

“Nəticə etibarı ilə qabaqlayıcı tədbirlər haqda məlumatsız olduqlarından uduzurlar,  hüquqlarını müdafiə edə bilmirlər, maddi-mənəvi ziyan çəkirlər, vaxtlarını və ümidlərini itirməli olurlar.  Araşdırmalar göstərir ki, hazırda istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar əsas narazılıqlar zəmanət öhdəliklərinə və müddətinə əməl olunmaması, xidmətlərin və məhsulların lazımi keyfiyyətdə olmaması, reallıqdan uzaq, aldadıcı reklamlar,  zərərə görə əmlak məsuliyyəti ilə bağlıdır. 

Bu cür neqativ halların aradan qaldırılması məqsədi ilə hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi  daha aktualdır və təklif etdiyimiz   layihənin cəmiyyətimizə  fayda  verəcəyinə, istehlakçıların hüquqlarının etibarlı müdafiəsinə dəstək olacağına inanırıq”.




Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı