Modern.az

“Ermənilərə tutarlı cavablar verilib”

“Ermənilərə tutarlı cavablar verilib”

Aktual

5 Dekabr 2016, 16:09

“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında (QDİƏT PA)  iki-üç komitə var ki, o komitələrdə də ildə 2-3 dəfə tədbir keçirilir. Artıq 2016-cı il üçün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclası yekunlaşıb”.

 

Bu barədə Modern.az-a  Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri, deputat Eldar Quliyev məlumat verib.

Onun sözlərinə görə, assambleyanın sonuncu iclasında ermənilərə tutarlı cavablar verilib.  

 

“Sonuncu iclas zamanı terrorla bağlı danışarkən ən çox əziyyət çəkən xalqlardan olduğumuzu, çoxlu itki verdiyimizi dedim. Bu məsələ ermənilərin xoşuna gəlmədi.

 

“Bütün dünya bilir ki, Qarabağ Azərbaycan torpaqlarıdır. Ona görə də  torpaqlarımızdan rədd olun və çıxın. Qaçqınlarımız da öz torpaqlarına qayıdıb getsinlər”.

 

Eldar Quliyev gələn ilin QDİƏT PA-nın iclasının keçiriləcəyi məkandan da söz açıb.

 

“2017-ci ilin iyun ayına qədər Qara Dəniz İqtisadi Əməkdaşlıq Parlament Assambleyasına sədrliyi  Türkiyə edəcək. Gələn ilin mart ayında iqtisadiyyat komitəsinin iclası Gürcüstanda, apreldə isə mədəniyyət, elm, təhsil və ekologiya komitəsinin iclası Azərbaycanda keçiriləcək. İyun ayında ya Ankarada, ya da İstanbulda  plenar iclas olacaq”.

 

Namidə BİNGÖL

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür