Modern.az

Mühacir avropalı məmurun qızını zorlayaraq öldürdü  

Mühacir avropalı məmurun qızını zorlayaraq öldürdü  

5 Dekabr 2016, 16:16

Almaniyada qaçqın statusu almağa çalışan 17 yaşlı əfqan mühaciri həbs olunub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, avropalı siyasətçinin 19 yaşlı qızını zorlayaraq öldürməkdə təqsirli bilinir.

 

Cinayət hadisəsi Baden-Vürtemburq torpağında yerləşən Frayburq—im-Braysqau şəhərində baş verib. Şəhərdəki Draysam çayı sahilində yerli tibb universitetinin tələbəsi Mariya Landenburgerin cəsədi tapılmışdı. Cinayətkarın şəxsiyyəti müşahidə kameralarından çəkilən görüntülər əsasında müəyyənləşmişdi.

Qeyd olunur ki, Mariya Landenburgerin atası 2008-ci ildən Avropa Komissiyasının hüquq xidmətində direktor müavini çalışır.

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir