Modern.az

“Azərbaycanın İntellektual Birincisi” turnirləri yekunlaşdı

“Azərbaycanın İntellektual Birincisi” turnirləri yekunlaşdı

5 Dekabr 2016, 16:57

 "İrəli” İctimai Birliyinin (İB) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycanın İntellektual Birincisi”  layihəsinin  dekabr ayının 3-də və 4-də Sumqayıt, Mingəçevir, Quba və Şəmkir regional turnirləri yekunlaşıb.

 

“Azərbaycanın İntellektual Birincisi”  layihəsinin dekabr ayının 3-də Abşeron, Sumqayıt, Xızı rayonlarının gənc intellektuallarının iştirakı ilə Sumqayıt turniri, Mingəçevir, Ağdaş, Bərdə, Göyçay Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonlarının gənc intellektuallarının iştirakı ilə  Mingəçevir turniri, dekabr ayının 4-də Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Naftalan, Samux, Tovuz rayonlarının gənc intellektuallarının iştirakı ilə  Şəmkir turniri, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonlarının gənc intellektuallarının iştirakı ilə Quba turniri keçirilib.

 

“Azərbaycanın İntellektual Birincisi”  layihəsinin açılış mərasimindən sonra 4 intellektual oyuna("Xəmsə","Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") start verilib. Sumqayıt şəhərində keçirilən regional seçim turunda "Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "VətəniTanı" intellektual oyunlarında Abşeron rayonunun gənc intellektualları qalib olublar.

Mingəçevir şəhərində keçirilən regional seçim turunda "Nə? Harada? Nə zaman?", "Axtar-tap" intellektual oyunlarında Mingəçevir şəhəri, "VətəniTanı" intellektual oyununda Zərdab rayonu, “Xəmsə” intellektual oyununda Ağdaş rayonunun gənc intellektualları qalib olublar.

Quba rayonunda keçirilən regional seçim turunda "Xəmsə", "Axtar-tap" intellektual oyunlarında Quba rayonu, "Vətəni Tanı" intellektual oyununda Xaçmaz rayonu, "Nə? Harada? Nə zaman?" intellektual oyunlarında Şabran rayonunun gənc intellektualları qalib olublar.

 

 

Şəmkir rayonunda keçirilən regional seçim turunda "Vətəni Tanı", "Nə? Harada? Nə zaman?"    intellektual oyunlarında Samux rayonu, "Axtar-tap" intellektual oyununda Tovuz rayonu, "Xəmsə" intellektual oyununda Göygöl rayonunun gənc intellektualları qalib olublar.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif ediliblər.

Qeyd edək ki, Dağlıq Qarabağ və Bakı şəhəri rayonları 10-nu və 11-i tarixlərində yarışacaq.

 

Modern.az

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?