Modern.az

Ramil Səfərovun atası: “Ramilin məqsədi özünü kiməsə göstərmək deyil”

Ramil Səfərovun atası: “Ramilin məqsədi özünü kiməsə göstərmək deyil”

9 Mart 2011, 18:41

Erməni zabitinin qətlində təqsirləndirilərək Macarıstanda ömürlük həbs cəzası çəkən Milli Ordunun zabiti Ramil Səfərovun macar dilindən tərcümə etdiyi “Qapı” romanının təqdimatı olub. Təqdimatda zabitin atası Sahib Səfərov oğlu barədə yeni açıqlama verib.
Modern.az-ın məlumatına görə, Sahib Səfərov bildirib ki, Ramilin bu kitabı tərcümə etməkdə məqsədi, heç də özünü göstərmək deyil.
“Ramilin macar xalqının ən məhşur yazıçısı olan Magda Sabonun “Qapı” romanını tərcümə etməkdə məqsədi özünü kiməsə göstərmək deyil, azərbaycanlıları macar ədəbiyyatı ilə tanış etməkdir. Ramil haqqında bəzi başqa fikirlər səsləndirlir, güya o, vəhşilik edib, insana yaraşmayan hərəkətə yol verib.  Ramil bildirib ki, macar höküməti ona qarşı ədalətsiz hökm çıxarsa da, bu, macar xalqına qarşı olan məhəbbətinin formalaşmasına mənfi təsir göstərməyib, onların dilini öyrənib.

Mən tədbirə gəlməmişdən əvvəl mənimlə əlaqə saxladı və xahiş etdi ki, onun adından kitabın araya-ərsəyə gəlməsində əziyyəti olan insanlara təşəkkürünü çatdırım.

Ramil həmişə öz üzərində işləyən, hər şeyi düşünən insandı. İşğalçı dövlətin təcavüzü olmasaydı, torpağlarımız zəbt edilməsəydi Ramil bəlkə də hərbçi olmazdı, o ya həkim, ya hüquqşunas, ya da başqa peşə sahibi olardı, Azərbaycana lazımi bir mütəxəsis kimi yetişəcəkdi. Ancaq  taleyin qisməti elə gətirib çıxartdı ki,  Ramil hərb yolunu seçdi. Çünki bu addım bizim vətənimiz üçün, torpağımız üçün lazım idi”.

Ramil Səfərovun ekstradisiya olunması məsələsinə toxunan Sahib Səfərov bildirib ki, bu, hüquqi məsələdir və heç nə deyə bilməz.
“Düşünürəm ki, artıq macar xalqı da Ramilə verilmiş o cəzanın qanuni olmadığını düşünür və nə vaxtsa haqq-ədalət öz yerini tapacaq, ədalətli qərar veriləcək”.

Mail Ağaxanov 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat