Modern.az

Birinci ledi doqquz aydan sonra üzə çıxdı

Birinci ledi doqquz aydan sonra üzə çıxdı

5 Dekabr 2016, 20:57

Şimali Koreya lideri Kim Çen İnin həyat yoldaşı sirli bir şəkildə ortadan qeyb olduqdan 9 ay sonra geri qayıdıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, 9 ay ərzində heç bir yerdə görünməyən Ri Sol Çjunun bu müddət ərzində bir uşaq dünyaya gətirdiyi ehtimalı üzərində dayanılır.

Ri Sol Çju təxminən 9 ay sonra ilk dəfə görünüb. Şimali koreyalılar sirli bir şəkildə ortadan itən, heç bir yerdə görülməyən Kim Çen İnin arvadı üçün narahat olurdu.

 

Ri Sol Çju görünmədiyi müddət ərzində Kim Çen İndan ayrılması ehtimalı da irəli sürülürdü.

 

Ancaq Şimali Koreya lideri birinci xanımla yan-yana Koreya Müdafiə və Hərbi Hava Qüvvəsi tərəfindən keçirilən hava döyüş təlimi zamanı görünüb.

 

Qeyd edək ki,  birinci xanım keçmiş müğənnidir. Kim Çen In ilk dəfə 2012-ci ilin iyul ayında Ri Sol Çju ilə birlikdə xalqın qarşısına çıxmışdı.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı