Martın 9-da Apelyasiya Məhkəməsində gənc fəal Bəxtiyar Hacıyev barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan vəkilin verdiyi apelyasiya şikayətinə baxılıb. Modern.az-ın məlumatına görə, məhkəmə B.Hacıyevin şikayətini təmin etməyib.
B.Hacıyevin vəkili bildirib ki, Apelyasiya Məhkəməsinin qərarını alandan sonra qərardan Avropa Məhkəməsinə şikayət edəcəklər. Çünki qanunvericiliyə görə, həbs-qəti imkan tədbiri barədə apelyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət vermək olmaz.