st1:*{behavior:url(#ieooui) }
ATƏT-in Minsk qrupunun həmsədrləri martın 9-da bəyanat verib. Həmsədrlər Soçidə martın 5-də prezidentlər arasında keçirilmiş görüşdən əvvəl və sonra təmas xətti boyunca atəşkəsin pozulması haqqında məlumatlardan narahatlıqlarını bildiriblər. (Turan).
Bəyanatda deyilir: “Bu mənasız aktlar tərəflərin güc tətbiqindən imtina etmək və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışmaq öhdəliklərinə ziddir”. Həmsədrlər tərəfləri 1994-cü ildə razılaşdırılmış atəşkəs rejiminə riayət etməyə, 2010-cu ilin oktyabrında Həştərxanda və bu ayın əvvəlində Soçidə qəbul edilmiş öhdəlikləri yerinə yetirməyə çağırırlar.
Modern.az