Modern.az

Həqiqi hərbi xidmətə çağırışla bağlı fərman imzalanıb

Həqiqi hərbi xidmətə çağırışla bağlı fərman imzalanıb

10 Mart 2011, 09:34

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.
Fərmana əsasən, 1993-cü ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları 2011-ci ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılacaqlar.
Qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2011-ci ilin aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanları fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görməlidirlər.

Modern.az
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat