Modern.az

Qızıl Aypara Cəmiyyəti aksiya keçirib

Qızıl Aypara Cəmiyyəti aksiya keçirib

10 Mart 2011, 09:39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı ilə 10 mart hər il respublikada Qızıl Aypara Günü kimi qeyd edilir. Bu tarix hər il Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən qeyd olunur.

Bu münasibətlə Azərbaycan Qızıl Aypara Cəmiyyəti bir sıra silsilə tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində martın 7-də Bakı şəhərində - Ziğ - Heydər Əliyev adına Beynəlxalq Hava Limanı şossesində yerləşən ərazidə ağacəkmə aksiyası keçirilib.

Aksiyada 300 ədəd zeytun ağacı əkilib. Modern.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, Cəmiyyətin əməkdaşları və könüllüləri iştirak ediblər. 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat