Modern.az

Dünya milyarderlərinin yeni siyahısı açıqlanıb

Dünya milyarderlərinin yeni siyahısı açıqlanıb

10 Mart 2011, 10:59

Amerika maliyyə dairələrinin jurnalı “Forbes” 2011-ci ilin milyaderlər siyahısını açıqlayıb.

Modern.az saytının məlumatına görə, siyahıya bu dəfə də keçən il olduğu kimi meksikalı telemaqnat Karlos Slim Helu 74 milyard dollarlıq sərvətiylə rəhbərlik edir. İkinci yeri “Microsoft” firmasının qurucusu Bill Qeyts 56 milyard dollarla, üçüncü yeri isə investor Uorren Baffet 50 milyard dollarla bölüşdürürlər. 

25-ci dəfədir elan olunan milyarderlərin siyahısını jurnalın sədri Stiv Forbes Nyu-Yorkda “Forbes”in ümumi mərkəzində təşkil edilən mətbuat konfransında açıqlayıb. Forbes bildirib ki, bu il siyahıya rekord sayda milyaderlər daxil olub. Belə ki, keçən il onların sayı 1011 nəfər idisə, bu il 1210-a yüksəlib. Milyaderlərin sərvətlərinin cəmi rekord qıraraq 4,5 trilyon dollara yüksəlib.

 

Milyaderlərin arasında 38 türk və 100 rusiyalanın da olduğu qeyd edilib. Bu ilki siyahıda əslən azərbaycanlı olan Rusiya iş adamı Vahid Ələkbərov da yer alır. 13.9 milyarda dollarlıq sərvəti ilə Ələkbərov 50-cı sırada yer alıb.

 

Forbes onun da bildirib ki, ABŞ siyahıda ən çox milyarderi olan ölkədir. Keçən il 403 milyarderti olan ölkə bu il onların sayını 413-ə yüksəldib. Çin də milyarderlərinin sayınını iki dəfə artıraraq 115-ı yüksəldib.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat