Modern.az

9 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılsın"

9 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılsın"

Aktual

7 Dekabr 2016, 14:18

“Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” qərarında düzəlişlər edilməlidir. Ayrılmış güzəştlər yerli icra hakimiyyəti orqanlarının əli ilə deyil, birbaşa qaçqın və məcburi köçkünlərə verilməlidir”.

 

Modern.az-ın xəbərinə görə, Milli Məclisin iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı deputat Çingiz Qənizadə bu təkliflə çıxış edib.

 

O bildirib ki, Hesablama Palatasının rəyinə əsasən, qaçqın və məcburi köçkünlərin fərdi qaydada istifadə etdikləri kommunal xərclərə görə ayrılan vəsaitlərdə yeyintilər müşahidə olunur:

 

“Bununla bağlı dəqiq faktlar və rəqəmlər ortaya qoyulub. Bu müavinətlərin ödənilməsinə görə yeyinti və korrupsiya halları varsa və bunu rəsmi dövlət orqanları açıqlayırsa, gəlin bu pulları qaçqın və məcburi köçkün soydaşlarımıza verək ki, onlar qaz, işıq və su pulunu özləri ödəsin. 9 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılsın". 

 

Bununla da, Hesablama Palatasının da qeyd etdiyi kimi, yeyinti və korrupsiya hallarının qarşısını alaq. Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi də bu fikirdədir və onlar da bu məsələni qaldırıb. Maliyyə Nazirliyi bu məsələni nəzarətdə saxlasa, büdcədən müəyyən vəsaitin oğurlanmasının qarşısını almaq olar”.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!