Modern.az

“Dövlət aparatındakı artıq strukturlar ləğv olunmalıdır!”

“Dövlət aparatındakı artıq strukturlar ləğv olunmalıdır!”

7 Dekabr 2016, 14:32

“Diplomatik korpusların açılması Milli Məclisin qərarı ilə olur. Onun bağlanması məsələsinə diqqət yetirilməlidir”.

Modern.az-ın xəbərinə görə, bunu YAP icra-katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin Plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

S. Novruzov çıxışı zamanı diplomatik korpusların bağlanması ilə bağlı məsələyə münasibət bildirərək deyib ki, səfirliyin açılıb-bağlanması çox ciddi məsələdir:

“Çünki səfirliyin fəaliyyət göstərdiyi ölkəyə onun bağlanmasını hansı formada biz izah edəcəyimizə diqqət edməliyik. Bu yaxınlarda biz Özbəkistanda səfərdə olduq. Özbəkistan Azəraycanın strateji tərəfdaşıdır və çox az ölkələrdəndir ki, Ermənistanda səfirliyini açmayıb. Lakin Özbəkistanda hərbi atteşə vəzifəsi ixtisara salınıb. Onlar bu ixtisari heç cür anlaya bilmirlər. Biz indi deməliyik ki vəsaitimiz çatmadığına görə biz onu ixtisara salmışıq? Bunu Müdafiə Nazirliyi ölçüb-biçməli, kimin ixtisarına diqqət etməlidir. O cümlədən Xarici İşlər Nazirliyi də bu sahəyə diqqət etməlidir”.

Deputat dövlət aparatında strukturlarının islahatının aparılmasını təklif edib: “Artıq strukturlar ləğv olunmalı, onlara yönələn vəsait digər sahələrə xərclənməlidir. Bundan əlavə oxşar strukturlar biləşdirilməlidir. Bura özəl strukturlar daxil deyil. Az vəsaitlə daha çox işlər görməliyik”.

 Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir