Modern.az

"Axı, onların başqa sahədə çalışması mümkün deyil?!"

"Axı, onların başqa sahədə çalışması mümkün deyil?!"

7 Dekabr 2016, 16:31

 

“İldə ölkədə 100-150 lal-kar uşağın orqan transplantasiyasına ehtiyac var. Biz işi vaxtında görmədikdə, 3 yaşından sonra bu uşaqlar ömürlük əlil olur. Elə bu uşaqlara verilən pensiya orqan transplatasiyasına çəkilən xərcdən 10 dəfə çox olur. Hökumət orqan transplantasiyası ilə bağlı büdcədən vəsait ayırmalıdır”.

 

Modern.az xəbər verir ki, bunu parlamentin iclasında deputat Musa Quliyev bildirib.

 

“Əgər bu sahəyə büdcədən vəsait ayrımaq mümkün deyilsə, o zaman bu, digər sahələrə ayrılan vəsaitləri kəsməklə və ya qənaət etməklə mümkündür”-deyə o qeyd edib.

İcbari tibbi sığorta ilə bağlı məsələyə gəlincə, deputat bildirib ki, bu məsələ tam ölçülüb-biçilməlidir.  

 

“Ümumiyyətlə, icbari tibbi sığorta ilə bağlı məsələ ölkə başçısının diqqət mərkəzindədir. Artıq Yevlax və Mingəçevrdə pilot layihələrə başlanılıb. Ancaq icbari tibbi sığortanın tətbiqinə tələsməli deyilik. Bəzən fikirlər səslənir ki, 2018-ci ildən sonra bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq. Lakin bu işə ehtiyatla yanaşmaq lazımdır. İlk növbədə əmək müqavilələri şəffaflaşmalı, sığorta olunanların sayı müəyyənləşməlidir”.

 

Deputat vurğulayıb ki, “Dəmiryolu” və “Mərkəzi Dənizçilər” xəsətəxanalarının özəlləşdirməyə çıxarılması ilə bağlı büdcə vəsaitinin ayrılmaması ciddi narahatlıq doğurur:

 

“Hesab edirəm ki, özəlləşməyə çıxarılan xəstəxanaların işçilərinin kompensasiya edilməsi nəzərdə tutulmalı və ən azı iki aylıq əməkhaqqı verilməlidir. Əgər büdcədən vəsait ayrılmayıbsa, bu məsələ öz həllini necə tapacaq? Axı, burada söhbət 3500 tibb işçisindən gedir, onlar hara gedəcəklər? Onların gələcək taleyi necə olacaq? Axı, onların başqa sahədə çalışması mümkün deyil?! Onlar tibb işçisi olduğundan sonrakı taleləri bizdə narahatçılıq doğurur. Bu gün iş tapmaq məsələsi müşküldür”.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir