Modern.az

Ceyhun Əsgərov: “ANS-dən getməmişəm...”

Ceyhun Əsgərov: “ANS-dən getməmişəm...”

10 Mart 2011, 11:21

Telejurnalist Ceyhun Əsgərovun ANS-i tərk etməsi ilə bağlı məlumat yayılıb. Onun başqa işə keçməsi və jurnalistikadan uzaqlaşdığı deyilir. Modern.az məlumatlara aydınlıq gətirmək üçün C.Əsgərovla əlaqə saxlayıb. Bu məluamtları təkzib edən jurnalist deyib ki, ANS-dən işdən getməsi barədə deyilənlər yalandır. “Mən işdən çıxmamışam. Hazırda “Xəbərçi” proqramında işləyirəm”-deyə jurnalist iş yerini dəyişmək fikrində olmadığını bildirib.

Qeyd edək ki, Ceyhun Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın oğludur. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi