Modern.az

Bakıda həbs edilən qadınlara iş kəsildi

Bakıda həbs edilən qadınlara iş kəsildi

7 Dekabr 2016, 17:45

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyran Rüstəmova, Reyhan Hüseynova, Yaşar Rəsulov və Kəmalə Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə C.Rüstəmova 11 il, R.Hüseynova 11 il, Y.Rəsulov 9 il, K.Rüstəmova isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, C.Rüstəmova, R.Hüseynova, Y.Rəsulov və K.Rüstəmova faizlə pul vermək adı ilə Gülnarə Şükürova, Səkinə Sadıxova, Bahar Əliyeva və Elşad Babayevi aldatmaqda təqsirli biliniblər. Həmçinin onlar vətəndaşların külli miqdarda obyektlərini dələduzluq yolu ilə ələ keçiriblər. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunublar.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir